Sultan Ehmed Şah Qacar

"مقصد از خلع احمدشاه نه اينكه تبديل اصول اداره نظامى به جمهوريت بود. نه٫ نه بالله- بلكه تعويض طائفه قولدورآساى قاجاريان تركى به سلاله طاهره نجيب پهلوى فارسى بود."

Saturday, June 02, 2007


Əminə Pakrəvan

Abbas Mirza Və Azərbaycan

Çevirmən: Güntay Cavanşir

İçindəkilər:

1. Çevirmənin ön sözü
2. Yazar haqqında
3. Qacar ictimai ve siyasi muhit
4. Abbas Mirzanın çocuqluğu
5. Abbas Mirzanın Şuşaya ilk səfəri
6. Fətəli Şahın sarayına bir baxış
7. Onillik müharibələrin başlanması
8. Fransa dostluğu
9. On il sürən Rusiya ve Qacariyye savaşlarının davamı
10. Mutlu illər
11. Azərbaycan Ordusu
12. Abbas Mirzanın Azərbaycan haqqında düşüncələri
13. Gülüstan anlaşması
14. Türkmənçay anlaşması
15. Abbas Mirzanın qərbləşmə ve modernləşmə təlaşları
16. Qacar sarayında Türk-Fars qarşı durması
17. Azərbaycanda reformların başlanışı
18. Böyük sınaq
19. Savaşlar ve siyasi oyunlar
20. İstirahətə zaman ayırmayan savaşçı
21. Abbas Mirzanın din anlayışı
Abbas Mirzanın ölümü

***
Yazar haqqinda

Əminə Pakrəvan 1880-ci ilin oktyabr ayının üçüçndə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi ve 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avusturyalı bir xanım idi. Həsənxan 1893-de Parisde vəfat edir və Əminə xanımın ailəsi öncə Avusturyada Hersfeld ailesinin yaşadığı yaxın bir somiədə yerleşir. Gənc ana iki qizi Fatma və Əminə ilon il somiədə qalirlar. Alis xanim özü öz qızlarının terbiyesi ilə məşğul olmağa başlayır. Laybax ve Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışırş Əminə, Türkcə və Farscanın yanı sıra Fransızca, İngilizcə və Almancanı da yaxşıca öyrənir. İtalyancanı da danışma səviyesində deyil, oxuya bilmə düzeyində bilmiş olur.
Bir neçə ildən sonra Alis təkrar İstanbula dınür. 1910-da Əminə bir Qacar diplomatı ilə evlənir. Gənc ailə bir Qacarların baş kəndi Tehranda yaşayırlar. İlk çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin baş kəndi diplomat olaraq göndərilirş 10 il Qahirədə yaşayırlar. Əminənin eri fanatik bir islamcı olduğu üçüçn onu sosial olaylara qatqıda bulunmasını ınləyir. Əminə erinin bu islamcı cəhalətinə dözə bilməyib və ondan ayrılır. Əminə çocuqları ilə bərabər Beljikaya yerləşir.
1933-də Əminə Pakrəvan daimi olaraq Pəhləvilər tərafindən İran adlandırılmış ölkəyə köçür. Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan Əminə Pakrəvan Tehran Universitetində Fransız dili və ədəbiyatı üzərə öyrətmənlik etməye başlayır. 1936-da qızının ılmısinə baxmayara, yazarlıq çalışmalarına davam edir. 1951-də “Tarixsiz Emir” adlı kitabı “Rivarol” ödülü qazanır. 1958-də xərçəng xəstəliyindən vəfat edir. Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır:“Tarixsiz Emir”, “”Qəzvin unudulmuş başkənd”, “Əski Tehran”, “Dördüncü nəsl”, “Abbas Mirza və Azəebaycan”, “Dördüncü nəsl”, “Ağa MəhəmmədxanQacar”.

Qacar öncəsi ictimai-siyasi vəziyət
1722-ci ildə Əfqanların hücumu qarşısında çöküş sürəcini yaşayan Səfəvi devletinin həyatına son verildi. Səfəvi dövlətinin varisliyini Avşar Türk boyundan yüksələn Nadir adında bir cəngavər üstləndi. İkinci Təhmasib Safavinin xidmətində olan Nadir, Avşar Türk soyundan idi. Təhmasibi devirib ve olkəni Əfqanların işğaalından qurtaran Nadir Güny Azərbaycanın Muğan bölgəsində başına şahlıq tacı qoydu. Hindistanı fəth etdikdən sonra da dünyaca ünlü bir Türk padşahı kimi tanındı.
Yenilikçi ve savaş taktiyinin uzmanı olan Nadir Şah Dehlini fəth etdi. Nadir Şah dində və kültürdə reformlara başladı. Bu reformların qurbanı oldu ve öz yaxinları olaraq bilinən fanatik Şiə yanlıları tərəfindən ıldürüldü.
Nadir Şahın ölümündən sonra Lor soyundan olan Kərim Xan Zənd Avşar İmperatorluğunun bir qismində devlet qurdu ve 29 il iqtidarda bulundu. 1779 ölən Kərim Xan Zəndin varisləri iqtidarı ız aralarında paylaşdılar.
Ağa Məhəmməd Xan Qacar bütün rəqiblərini və Zəndiyələrin son padşahı Lütfəli Xanı da yenərək qalib oldu. 1797-də Qarabağ savaşında ıldürüldü. Ağa Məhəmməd Xanın evladı olmadığı üçüçn qardaşı oğlu Fətəli Xanı (ki çocuqluğunda Baba xAn olaraq bilinirdi) öz varisi olaraq duyurmuşdu. Fətəli bu mirasin qorunması üçün ən uygun şəxs kimi görünürdü.

***
Abbas Mirzanın çocuqluğu *

Ağa Məhəmməd Xan çox ehtiyatlı hökmdar idi. Öz yerinə canişin təyin etməsinə qarşın, daima bu gənc adamın hıkmdara qarşı erkən baş qaldırıb, iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşadın casusları Şirazda yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər. Ağa Məhəmməd Xan Qacar sonssuz, evladsız olduğu üçün qardaşı oğlu Baba Xanın (Fətəli Xanın) iki oölunu öz yanında saxlayırdı. Baba Xanın ayrı ayrı qadınlardan iki oğlu var idi. Bu iki evladın aralarında yaş olaraq sadəcə bir neçə həfta zaman fərqi var idi. Birinci oğlan Məhəmməd Əli Soyu belirsiz olan Xeyvəli bir qadından idi. Qacar yasasına görə Məhəmməd Əlinin padşah olması mümkün deyildi. Çünkü bütün siyasi davranışlarında Büyük Çigiz Xanı örnək alan Ağa Məhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çengiz Xanın yasalarını uygulamaqda idi. Qacar Yasasına görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi. Məhəmməd Əlinin atası Qacar soylu olmadığı üçün vəliəh olma şansı yox idi.
Baba Xanın ikinci oğlu Abbas Mirza idi. Abbas Mirzanın anası Qacar soyunun boyıarından biri olan Dollulardan idi. Dollu boyu Ağa Məhəmməd Xanın iqtidara yüksəlməsinə yardım etmişdi. Ağa Məhəmməd Xan Qacar Dollu soyundan olan Asiya xanımı qardaşı oğlu Baba Xanla evləndirmişdi. İmperatorluq mirasını bu qadındın doğuracağı çocuğa buraxmaq istəyirdi. Toy günü padşah özü gəlinin dəvəsinin cilovunu çəkmişdi. Qacar törəsinə görə gəlin gəldiyi evin varıb ocağının daşını öpməli idi. Bütün bu mərasim sürəsincə padşah gəlinə eşlik etmi.di.
Bəzi rəvayətlərə görə Ağa Məhəmməd Xan Qacar Dollu Asiyanı, hətta mevcud vəliəhd Baba Xanın anasından da daha artıq dəyərləndirirmiş. Zəif bünyəsi olan Dollu Asiya Baba Xana iki oğul doğurduqdan sonra vəfat etmişdir.
Asiyanın doğurduğu ilk çocuk Abbas Mirza idi. Abbas Mirza hələ südəmər çocuqkən Ağa Məhəmməd Xanın iradəsi üzərinə fərzi vəliəh olaraq duyurulmuş və ta çocuq yaşlarından naib-ül Səltənə kimi tanınmışdır.
Abbas Mirza dörd yaşında ikən bilinməz bir xəstəliyə yaxalanır. Bu xəstəlik onun vücudunu çox etkiləyir. Çocuğun tədavisi üçüçn Ağa Məhəmməd Xan olkənin ən ünlü həkimlərini saraya çağrıtdırır. Belə anlaşılır ki, həkimlərin müalicə edə bilmədikləri bu bilinməz xəstəlik Abbas Mirzanın yetkinlik çağında öz özünə sağalmışdır. Ya da Gaspar Dervilin dediyi kimi Abbas Mirza ağır idmanlar və bədən eyitimi yoluyla bu xəstəliyi yenməyi başarmışdır. Şahzadə 14-25 yaşları arasında onu tanıyan bütün çevrəsini cismən güclü olan bir insan kimi etkiləmişdi. Bu yaşlarında çəkilmiş rəsimlər de onun gözəl görünümlü və güclü olduğunu göstərməkdədir. Ancaq 30 yaşından sonra eski xəstəliyi təkrar baş qaldırır. İngilis cərrah Karmek, Abbas Mirzanın sümük (kəmik) xəstəliyinə yaxalandığını sezir.
Abbas Mirza yeddi yaşından itibarən süvarilik, ox atma, qılınc ve güləş kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı. Yeni təsis edilmiş Tehran ağ torpaqdan yapılmış qala divarları ilə səciyələnirdi. Abbas Mirza və qardaşları səkkiz yaşlarına qədər Tehrandan başqa bir şəhər görməmişdilər. Hər kəs belə düşünürdü ki, Ağa Məhəmməd Xan Qacar tərəfindən tərcih edilən Abbas Mirza özündən bir bir neçə həftə böyük olan ögey qardaşı Məhəmməd Əli (Dövlət Şah)ilə savaşacaqdır. Hər iki şahzadənin həm açiq, həm də gizlin dostları var idi. Məhəmməd Əlinin yandaşları Abbas Mirzanın xəstəliyini daima anımsataraq Ağa Məhəmməd Xan Qacarı etkiləyib və onu Abbas Mirza haqqında verdiyi Naib.ül Səltənəlik qərarından vaz keçirməyə çalışırdılar. Məhəmməd Əli, Abbas Mirza qədər yaraşıqlı və etkiləyici olmasa da Özbək anasından iri sümüklərini (kəmiklərini) irs olaraq daşıyırdı. Məhəmməd Əli beş yaşında süvariliyi öyrənmiş, tək başına at üstündə oturub cevlan edirmiş. Beş yaşında ikən işlərini gərəyincə yapmayan bəzi xidmətçiləri padşah sayağı cəzalandirirmiş.
1797-ci ilin baharında Ağa Məhəmməd Xan ürcüstana hücum etmək üçün hazırlıq işlərinə başladı. İmperaturis Yekatirin yenicə ölmüşdü və Ağa Məhəmməd Xan düşünürdü ki, onun varisi olan Birinci Pol Qafqazlarla ciddi ilgilənməməkdədir. Bu üzdən də Ağa Məhəmməd Xana görə Qarabağ xanlarının dərsini verməm zamanı gəlmişdir. Ağa Məhəmməd Xan Qarabağ və Xəzər yanı xanlıqları özünə tabe edib və vergi almaq fikrində idi. Bu xanlıqlar bunlardı: Dərbənd xanlığı, Quba xanlığı, Şirvan xanlığı, Gəncə xanlığı, Bakı xanlığı, Qarabağ xanlığı.
Ağa Məhəmməd Xan casusları vasitəsi ilə Gürcüstanda hökm sürən Baqratiyon Şahzadələrindən birisi ilə gizlincə ilişki qurmuş və onu Gürcüstanın valisi edəcəyi haqda və´dlərdə bulunmuşdu.
Qarabağ xanları arasında İbrahim Xəlil Xan özünü bağımsız bir ılkənin sultanı kimi aparırdı. Qacarlara qarşı için için nifrət etməsinə baxmayaraq, məcburən və siyasət icabı qızlarından biri olan Ağabəyim xanımı Baba Xana vermək zorunda qalmışdı. Fətəli ilə Ağabəyim xanım arasındaki evlilik çox ilginç olmuşdur. Özəl bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabəyim xanım bəy tərəfindən sevilməmişdir. Ağabəyim xanım sonuna qədər bakirə qalsa da Baba Xanı gerçək bir sevgi ilə sevdiyi söylənilir. Ağabəyim xanım sonralar Qacar dövləti ilə Qarabağ xanlığı arasında münasibətlərin yaxşılaşması üçün bir çox işlər gördü.
Ağa Məhəmməd Xan Şuşanı ələ keçirmək istəyirdi. Çünkü bu üs vasitəsi ilə Rusların bulunduğu Dərbəndi rahatca fəth edib ve dəniz tərəfindən daima təhdid edilən Bakını da kotrol altına ala bilərdi. Əgər o yay fəslində savaş Ağa Məhəmməd Xanın iradəsi və planları doğrultusunda yürüsə idi, qışı Qarabağda keçirməyi düşünürdü. Bu səbəbdən də Abbas Mirzanı da özü ilə bərabər apardı. Çünkü onu yanında bulundurmaqdan xoşlanırdı. Digər tərəfdən ona savaş fənləri və tekniklərini ıyrətmək istəyirdi. Naib-ül Səltənə Abbas Mirzadan başqa Məhəmməd Quli Mirza adında digər bir şahzadə də bu səfərdə Ağa Məhəmməd Xana eşlik edirdi. Ağa Məhəmməd Xanın savaş arxadaşı və yaxın əqrəbası olan Pir Quli Xan padşah tərəfindən bu çocuqları qorumaq üçün görəvləndirilmişdi.
Abbas Mirza həyatında ilk kəz olaraq Azərbaycanı ziyarət edir və bu ölkənin sevimli baharının heyranı olurdu. Sanki gizlin bir güc Abbas Mirzanın yazqı və taleinin Azərbaycana əbədiyyən bağlandığını onun könül qulağına pıçıldayırdı. Beləcə Abbas Mirzanın Azərbaycan sevdası macərası bu torpağı çocuqluq yaşlarında qarış qarış gəzərək başlayacaq və bütün ruhunu və vücudunu saracaqdı. Tehranda heç bir zaman çay gırməyən Abbas Mirza qarların əriməsi ilə çılğınca axan Arza çayının heyranı olmuşdu. Sonralar Ruslarla savaşarkən məğlub olan Abbas Mirza içini və dərdini batılı danışmanlarına açacaqdı ki, nədən menim sevdiyim Araz çayı vətənimin bılünmüşlüyünün rəmzi olmalıdı?! Arza çayına olan Abbas Mirzanın heyranlığı ömrünün sonuna qədır onu tərk etmədi. Bəlkə bunun vətən sevərlik duyğusunun ötəsində başqa bir səbəbi də ola bilər. Bəlkə də Araz çayı Abbas Mirzanın həyatında gırdüyü ilk böyük çay olaraq onun çocuqluq xatirələri ilə qaynayıb qarışmış və fərdi həyatındaki dəyərlərin bir parçasına dönüşmüşdür. Bəlkə də Araz çayı onun iç dünyasını dış dünya ilə və doğa gözəllikləri ilə bağlayan bir simgəyə dönüşmüşdür. Bütün bəlli və bəlirsiz səbəblərdən dolayı Arza çayı Abbas Mirza üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çax çaylar vardı, yalnız Abbas Mirza üçün çay denildiyində ancaq Araz xatırlanırdı.
Ağa Məhəmməd Xana xəbər gəldi ki, Qarabağın kiçik xanları İbrahim əlil Cavanşirə qarşı birləşmiş və onu fərara zorlamışlar. Ağa Məhəmməd Xan fürsəti qaçırmadan bərq asa və çox süətli bir əməliyatla Şuşanı almaq üçün ordunu hərəkətə keçirdi. Ağa Məhəmməd Xan Şuşanın gözəlliyi qarşısında heyran qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük və şəhər mədəniyəti baxımından daha irəli idi. Bütün ordu mənsubları da dağların qoynunda və ormanlıqda yerləşən bu şəhərin gözəlliyinə heyran olmuşdular.
1747-ci ildə Avşar imperatorluğunun Sultanı Nadir Şah öldürüldükdən sonra Avşar ordusunu mənsub olan Pənah Xan adında bir tümən başı başında bulunduğu ordusu ilə Qrabağa gəlir və Şuşa şahrinin yaxınlığında yurd salır. Pənah Xan Şuşanın qorunması və gəlişməsi üçüçn çox özən göstərdi. Beləliklə Şuşa Qafqazların ən böyük ticarət şəhari halına gəldi. Bu üzdən Şuşaya Pənahabad da deyirdilər. İbrahim Xəlil Cavanşir bu şəkildə mədəni bir şəhərin varisi olmuşdur.
Ağa Məhəmməd Xanın Şuçaya vardığı üçüncü günün sabahında xəbər yayıldı ki, şah qətl edilmişdir! Həmən Şuşanı kaos sarmağa başladı. Şaha sadiq olan bəzi xidmətçilər şaşqınlıqdan özlərini itirmiş və nə yapacaqlarını bilmirdilər. Bu arada Pir Quli Xan böyük zəhmətlərə qatlaşaraq bir neçə mahir süvari savaşçı tapıb və iki şahzadəni Tehrana göndərməyi başardı. Talış dağlarında şahzadələr üçün ciddi təhlükələr ola bilərdi. Çünkü bu iki şahzadə Qacar sülaləsinə düşmən olan kəsimlər üçün çox uyğun rəhinə və girov sayılırdılar. Ağa Məhəmməd Xan Qacarın cənazəsi öldüyü yerdə ortakıqda qalmışdı. Yalnız özü ilə bərabər daşıdığı və yatdığı yerlərdə barındırdığı cəvahirat yoxa çıxmışdı.
Şirazda əmisinin ölümündən xəbərdar oaln Baba Xan həmən özünü başkənd Tehrana çatdırdı və Ağa Məhəmməd Xanın yaşlı və təcrübəli baş vəziri Etimad-üd Dövlənin yardımı və bəsirətlə planları ilə Əmisinin şahlıq mirasına sahib çıxdı. Etimad-üd Dövlə öncə Zəndiyə xanidanının vəziri olmuşdur. Onlara ihanət edib və Ağa Məhəmməd Xanın tərəfinə keçmişdi. Etimad-üd Dıvlə əmr etmişdi ki, padşahın varisi Baba Xan başkəndə çatmayınca Tehranın dərvazələri heç kimə açilmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər türlü qarğaşa və kaosu önləyə bilmişdi. Etimad-üd Dıvlənin planları hesabına həm bəzi xanlıqların, həm də bəzi Zəndiyyə şahzadələrinin Qacar dövlətini devirmə planları baş tutmamış və hamısı məğlub edilib öldürülmüşdülər.
Fətəli şahın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirza məsələsini həll etməsi idi. Nadir Mirzanın tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fətəli Şah anlaşma yolu ilə məsələni savaşsız həll etmək istəyirdi. Ancaq bəzi saray danişmanlarının təhriki ilə Fətəli Şah tutum və mevqe dəyişdirdi. Nadir Şahın soyundan olan və padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fətəli şahı daha çox rahatsız edən öz qardaşı Hüseynqulu Xan idi ki, Kiçik Xan ləqəbi ilə tanınırdı. Hüseynqulu Xan da varislik iddiasında idi. Məğlub edilən Hüsynqulu Xanın gözlərini kor edib buraxdılar.
Fətəli Şahın səltənətinin ilk illərində Fransa və İngiltərə ona yaxinlaşmağa başlamışdı. Bu illərdə İngiltərə Hindistanı istilasına uğratma prosesini başa çatdırmaqda idi.


Fəfəti Şahın səltənətinin ilk illərində Qacar sarayının durumu

İnkar etmək olmaz ki, Fətəli Şahın səltənətinin ilk illərində bir tür səsnət rönesamsı ortaya çıxmışdır. Şahın özündə gözəl binalar yaptırma həvsi ifrat şəkildə mevcud idi. Bu memarı əsərlər pəhləvi dönəmindö özelliklə məahn edildilər ki, Qacarlardan mimarı miras qalmasın. Fətəli Şahın ilk yaptırdığı saray “Qacar Taxtı” idi.
Fətəli Şah da əmisi Ağa Məhəmməd Xan kimi ovçuluğu çox sevir və ov ovlamaqdan zevq alırdı. Fətəli Şah hara getsə idi yalnız olmazdə, belli şəxslər hər zaman daima yanında olurdu.
Gürcüstan məsələsi Fətəli şahı daima düşündürürdü. Gürcüstan bu cografiaya iqtidara gələn bütün dövlətlər üçün önəmli olmuşdur. Çükü şahlar Gürcüstanın şarabına, balına və gözəl qızlarına heyran olmuşlar. Rusia yandaşlığı ilə bilinən Erkli öldükdən sonra onun oğulları və nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah üçün də onlara hörmətlə davranma imkanı yaranmışdır. Fətəli Şah onlara müttəfiq kimi yanaşmağa başlamışdı. Çükü Baqratyon xanidanı əskilərə dayanan soulu bir ailə idi. Fətələ Şah üçüçn məsələ bu idi ki, Gürcüstanı zorla, yoxsa dostluqlar işğal etmək?
1800-cü ilin baharında Gürcüstan şahzadələrinin Xoya gəlmələri qərarlaşdırılmışdı. Burada Şahzadələr Rusiyanın Gürcüstana uyguladığı ağır şərtləri dilə gətirib və Fətəli Şahdan yardım istəyəcəklərdi. Yalnız Xorasandaki olaylar Fətəli Şahın Xoya gəlməsini əngəllədi. Xorasandaki qiyamları yatirmaq üçün bu bölgəyə getdi. Bu bılgədə Nadir Mirza ilə Zaman Xan Abdali Qacarlara qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan Nadir Şahın ordusunda böyük mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra Əfqanistani və Hindistanın bir bölümünü ilində bulundurmaqda idi. Fətəli Şah bu önəmli təhdid ünsürünü ortadan qaldırmaqda qərarlı idi. Fətəli Şah inasni təbiətə sahib idi, çünkü həyatın gözəlliklərinə inanır və həyatdan zevq alamağı düşünürdü. Yalnız bütün bu karakterinə qarşın, bəzi yaxın adamlarını uzaqlaşdırmağı da nəzərdən qaçırmırdı. Məsələn Hacı İbrahim Etimad-üd Dövlə Fətəli şahı nə cəzb edir və nə də etimad hissi doğururdu. Ağa Məhəmməd Xan Qacar öldükdən sonra Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayetinin eski valisi Etimad-üd Dövlə Fətəli Şahda şübhə yaratmağa başlamışdı. Qacar sarayında və bir çox çevrələrdə yayılmışdı ki, Fətəli Şah sadəcə isim olaraq şahdır, əslində isə ölkəni idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı olmuşdur. Etimad-üd Dövlə sadəcə öz yaxınlarını saraya yerləşdirməmiş, müxtəlif vilayətlərdə də öz adamlarını vali və hərbçi olaraq yerləşdirmişdi. Ölkənin ticarət işlərini də ələ keçirmişdi. Etimad-üd Dövlə şahın ona qarşı başlayan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı. Yalnız iqtidarın dəyişik mərkəzlərəində yerləşdirdiyi adamlarına güvəndiyi üçüçn qorxmurdu. Uygun bir zamanı bəkləyirdi ki, bir devrilişlə ölkənin bütün yönətimini ələ keçirsin. Digər tərəfdən Etimad-üd Dövlə İngiltərənin Hindistandaki tacirləri ilə də ticari və gizlin siyasi irtibat qurmuşdur.
Fətəli Şah işrət məclisinə hər kəsə buraxmırdı. İşrət və şənlik məclisi türlü türlü gözəl qadinlarla dolu idi. Bu qadınların bir çoxu ilə cinsi ilişkidə bulunduğu üçün və bu qadınların ona şahzadələr doğurmaları nədəni ilə işrət məclisindən uzaqlaşır və padşah qadınları cərgəsinə qatılırdılar. Padşah özünün qadın düşgünlüyünü kimsə gırməsin diyə hər kəsi bu məclisə buraxmirdi. Fətəli Şahın öz ləzzət və zevqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arxadaşı olan bu əmsi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıaxarmışdı. Bu üzdən də onun işrət məclislərində bulunmasında bir sakınca yox idiş Çükü kor idi və sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı.

***
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici olkə səfiri dövlət başçısı ilə görüşməmişdi. Nə Nadir Şah dönəmindəş, nə də Ağa məhəmməd Xan dönəmində. 1800.cü ilin yayında Albay Molkolm Buşəhrə varar varmaz Fətəli Şahla görüş istyində bulunması hər kəsi və saray adamlarını da şaşırtdı. * Molkol, Hindistanın hökmdarı və Hind kompaniyasının elçisi kimi Şahla görüşmək istəyirdi. Padşah Xorasandaki qiyamı yatıtmaq üçün Rehrandan çıxdığına görə Molkolun Şahla görüşü Dekabr (Aralıq) ayına ertələndi. 1801-ci ilin yanvar (ocaq) ayında Molkolm vasitəsi ilə Qacariyə və ingiltərə arasında anlaşmalar imzalandı. Molkol bu xəbəri böyük bir zəfər olaraq mərkəzə duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyəyə ayağı açılırdı. Molkol Qacariyədə bu fenomeni yaratdı ki, İngilis altunundan daha güclü bir şey yoxdur. Bəzi Qacariyə tarixi üzerə uzman olanar yazırlar ki, Molkolm Xan Tehranda olduğu zaman Abbas Mirza Azərbaycanda imiş.. Azərbaycanda bəzi xanların baş qaldırılarını yatırmaqla məşqulmuş. Xorasanda bulunan Fətəli Şah Can Molkolmu qəbul etmək üçün Abbas Mirzanın Tehrana gəlməsini istəyir. Ama de Juberin yazdığı “İrana səfər” kitabında çox gənc olan Abbas Mirza bu görüşmə sürəsincə Batıda olub bitənlərlə daha çox ilgilənir və İngiltərənin Hidistandaki davranışları konusunda sorular sorudu. Ona Moğulların son qalıqları olan kiçik dövlətləri və şahlıqları necə yendikləri konusunda bilgi vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda əndişəli olan Abbas Mirza düşünürdü ki, İngiltərə Hindistandki bu tutumu və davranışı ilə bəllidir ki, başqa ölkələrədə girmək istəyəcək. İngiltərənin böyüməsini və teknolojik tərəqqisini gözləmləyən Abbas Mirza gələcəkdə ölkəsinin İngiltərə tərəfindən işöal ediləcəyindən qorxuyordu. Bu üzdən də Hindistan və İngiltərə haqqında sorular sorudu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirza görüşdüyü bütün Batılı heyətlərlə sorular sorudu.
Şahzadə Abbas Mirza 1802-ci ildə atasının istəyi üzərinə öz əqəbalarından olan Mirza Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağa Məhəmməd Xan Qacar tarafindən “Yasaye Qacar” olaraq tətbiq edilən kurala görə Abbas Mirzanın bu qadınından olacaq çocuq gələcəyin vəliəhdi olacaqdı. Çünkü Dollu soyu Qacar soyunun bir boyu idi. Abbas Mirzanın gənc eşi barədə bilinən sadəcə bu qədərdir. Onun Dollu soyundan olması bəllidir ve bir də ana mələkə ıldükdən sonra İkinci Məhd-i Ülya (ulu kadın) ləqəbi ona verilmişdir. Yalnız Fətəli şahın anasının tam iqtidari və mütləq iradəsi ona qismət olmadı.

***
Qış fəsli hər tür hərbi əməliyatı durğun duruma getirmişdi. Hər kəs güc birikdirmək üçün ev eşiyine gedirdi. Ancaq Bahar gəlir gəlməz Şah ordunu düzənli vəziyyətə gətirirdi. Ya Şəxsən özü ordunun komutanlığını üstlənirdi ya da yetişkin şahzadələrdən birinə komutanlığı buraxırdı. Şahzadə Məhəmməd Əli Mirza və Abbas Mirza ilk komutanlıq görəvini üstləndilər və ən gənc yaşlarında, yəni 14-15 yaşlarında savaş atəçi ilə tanış oldular. Məhəmməd Əli Mirza atası ilə bərabər Xorasana getdi. Şah onun savaşa olan həvəsini görüb təcrübəli mənsəb sahiblərinin nəzarəti altında daima Özbəklər tərəfindən hücuma məruz qalan ölkənin Doğu sınırlarını qorumaqla görəvləndirdi. Məhəmməd Əli Mizanın (Dövlətşah) tərəfdarları ən yaxın zamanda onun Xorasanın valisi olacağına inanır və buna görə onunla irtibatlarını əyarlayırdılar. Ancaq Fətəli Şah onu mərkəzə çağırıb və Qəzvinin valisi təyin etdi.
Abbas Mirza da 1799 da Azərbaycanda ordunun komutanlığını üstləndi və burada Qacarlara qarşı baş qaldıran xanlarla savaş tədarükatına başladı. Gənc komutana bir neçə öndə gələn Qacar xanları da eşlik edirdilər. Bunların başında gələn Əsədulla Xan Nuri idi. Tarixi verilər göstərir ki, bu adam Abbas Mirza üçün 30 minlik ordu təşkil etməyi başarmışdı. Bu səfər boyunca və hər kəsi şaşırdan Abbas Mirzanın Azərbaycan əhalisinə olan münasibəti idi. Vergilərdən bezmiş və yoxsullaşmiş, Kürdlərin silahlı basqınlarından cana gəlmiş Azərbaycana əhalisinə Abbas Mirza özəl bir özən göstərir və onların durumlarının yaxşılaşması üçün bir çox işlər gırür və fərmanlar verirdi. Bu yazıq, miskin və yoxsul insanlar hərbçi süvariləri gördüklərin də fərar edirdilər. Lakin Abbas Mirzanin mehribanca davranışlarını gördüklərin də ona fövq-əl insan kimi baxirdilar. Abbas Mirzanin bu davranışına güvənən və Azərbaycan sevdasına iman gətirən bu yoxsul insanlar düz çörəkləri ilə və süfrələrindəki olan olmazları ilə Abbas Mirzaya və onun Azərbaycan Ordusuna yardımda bulunurdular. Beləcə Abbas Miza Azərbaycan əhalisi arasında hörmət qazanır və Azərbaycanlıların sevimlisinə çevrilirdi. Azərbaycan kəndlilərinin yaşayışını normal hala gətimək Abbas Mirzanin fikrini məşğul edən birinci məsələ idi. Abbas Mirzaya eşlik edən Qacar soylu yaşlı insanlar onun bu yoxsul insanlara göstərdiyi münasibəti keçici gənclik hissiyatı kimi dəyərləndirirdilər. Azərbaycan əhalisinin bu qədər yoxsulluq içində yaşamasından üzüntü duyan şahzadəni anlamaqda zorluq çəkirdilər.
Abbas Mirzanın ordusu Təbrizin kənarında otraq saldı. Abbas Mirza, Xoy və civarında hökm sürənÇ kəndliləri talayan və Qacarlara qarşı dirənc göstərərən Cəfər Quli Xan Dənbəliyə ixtar göndərdi ki, ən qısa zamanda onun hüzurunda bulunsun, yoxsa bütün olacaqlardan və başına gələcəklərdən özü sorumlu olacaqdır. Dənbəli Abbas Mirzanın bu ixtarinı önəmsəmədiyi üçün ordu Xoya doğru hərəkətə başladı.Ancaq Xoya çatdığında xəbər gəldi ki, Dənbəli ən yaxşı süvariləri ilə bərabər şəhəri tərk etmiş və yox çıxmışdır. Dənbəli illərcə Ruslar tərəfindən Abbas Mirzaya qarşı dəstəkləndi. Dənbəli soyqunçu Kürd qrupları ilə o cümlədən Şəqaqilərlə, Sinkilərlə və Yəzidilərlə olan yaxşı münasibətindən dolayı öz bölgəsində önəmli biri kimi tanınırdı. Bu üzdən də Dənbəlini təqib etmək çətin iş idi. Bir kərə onu bir Kürd kəndəndə kuşatdıqlarını sandılar. Ağır itki verərək bu kəndi ələ keçirdilər. Ancaq yinə də Dənbəlidən xəbər yox idi. Gecənin qaranlığından yararlanaraq bu kəz də qaçmağı başarmışdı. Əldə olan bilgilərə dayanaraq onu Urmu ovalığına qədər təqib etdilər. Dənbəli Urmu gölünə tökülən çayların birini Abbas Mirzanın ordusuna tərəf axarını dəyişdirməyi başardı. Bu plan baş tutsa idi, Abbas Mirzanın ordusu yaranan bataqlıqda süətli hərəkət imkanını itirib və məğlub olacaqdı. Lakin Abbas Mirzanın manevri müvəffəqiyətlə sonuclandı və o bataqlığa Dənbəlinin öz ordusu yaxalandı və bu savaşda ordusu ilə bir yerdə yenik düşdü.

***
Gürcüstan Şahı İkinci Erkli ölkəsini Avropalaşdırmaq amacı ilə Rusiya ilə birləşməyi palnlaşdırırdı. 1783-cü ildə bir anlaşma ilə Gürcüstan Rusiyaya təslim olduş baxmayaraq ki, bu anlaşma olmasaydı bele yinə də Doğuya doğru genişləmeyi öz önəli stratejisi kimi bəlirləyən Rusiya Gürcüstanı işğal edəcəkdi. Çünkü Gürcüstan Rusiyanın Doğuya və Güneyə doğru genişləmə yolunun önünü kəsmişdi. İkinci Erklinin zamanında Gürcüstanda Rusiya ilə birləşməyə qarşı bir grup meydana çıxdı. Onlar Qacariyədən yardım umur ve bu dövlətə yaxınlaşirdilar. Gürcüstanın əyan və əşraflarından oluşan bu grup Mələkə Durucanin etrafında birləşirdilər. Bir neçə şahzadə və şahzadə xanımlar da bu grupa qatıldılar. Çünkü bu soy özlərini daha mədəni, soylu bilir və mədəniyət aləminə yeni girən Ruslara bərbər kimi baxırdılar. Gürcüstanda bir tərəfdə vəliəh Qorgin kimi adamlar Batı mədəniyətinin heyranı olduqları üçün Rusiya vasitəsi ilə Batıya açılmaq istəyirdilər, digər tərəfdən də Mələkə Durucan kimiləri də öz bağımsızlıqlarından yanaydılar. Ağa Məhəmməd Xan Gürcüstanı işğal etdiyində Erkli yaşlı və qocalmış birisi idi. Ağa Məhəmməd Xanin Gürcüstana saldırısı zamanı İperatiris Yekatirinadan öz müttəfiqlərinə yardım gəlmədi. Qisa zaman fərqliliyi ilə ortaya çıxan Yekatirinanın, Ağa Məhəmməd Xanın ve Erklinin ılümləri bölgədəki dəngələri alt üst etdi və hər şeyin yinidən əyarlanmasına səbəb oldu. Ancaq Çar Birinci Pol və Gürcüstanın on ikinci Şahı Qorgin və onun oğlu Davud da siyasət səhnəsindən çox tez kənarlaşdılar. Bu üzdən də Gürcüstan Mələkəsi Qacariyə ilə yaxınlaşma siyasətini təqib etməyə başladı. Şahzadə Aleksandr və Təhmurəs və onların bir neçə qardaşı oğulları Qarabağ xanları ilə səmimi münasibət qurub və və heç bir çətinliklə rastlanmadan Gürcüstandan Qacariyəyə gəldilər. Fətəli Şah Gürcüstanın bölgədəki steratejik önəmini düşünərək Gürcüstan heyyəti ilə sıcaq davranılmasını emr etdi. Digər tərəfdən Gürcü mənşəli olub və Rus ordusunda eyitilən Sisyanovun davranışları Qacar dövlətini rahatsız etməkdə idi. Fətəli Şah baş vəzir Mirza Şəfi´yə əmr etdi ki, Sisyanova barışcıl, ancaq eyni zamanda bir az da təhdidcil bir məktub yazıb göndərsin. Məktubun mətni özət olaraq bu içərikdə idi:
“Erklinin evladlarını rahat buraxın və canişin təyin etmə məsələsində bizimlə də razılaşın. Ancaq Gürcüstanda öz başına davranma kimi bir niyyətiniz olsa töküləcək qanlara görə Siz məsuliyət daşıyacaqsınız”
1803-cü il idi. Sisyanov bu məktuba cavab vermədi və qısa bir sürədən sonra Gəncəyə hücum etdi. Gəncəni top atəşinə tutdu. Bir neçə kiçik ihanətlər istisna olmaqla Gəncəlilər böyük şücaətlə gəncəni qoruyurdular. Lakin Rus ordusunun hərbi üstünlüyü qarşısında məğlub oldu və Rus ordusu Gəncəyə girməyi başardı.
Fətəli Şah Sisyanovun bu hərəkəti qarşısında və Rus ordusunun güclü topxana üstünlüyü qarşısında nə edəcəyi haqda düşünməyə başladı. Ağlina ilk gələn bu oldu ki, İngilislərdən savaş teknolojisi və yardım almaq lazımdır. Ancaq İngilislər ən azından o zaman dilimndə Qacarları heç düşünmürdülər. Bu üzdən də ilk dəfə olaraq Napolyonla ittifaq fikri alternativsiz plan kimi ortaya çıxdı.

Onillik savaşların başlanması

1804-cü ildə Tehranın çevrəsində bıyük bir ordu toplanmışdı. Bu dəfə sadəcə bir neçə xanlarn baş qaldırılarını yatırmaq söz konusu deyildi. Bu dəfə yabancıya, xarici düşmənə qarşı savaş haırlığı gedirdi. Elə bir düşmən ki, çox güclü olduğu söylənirdi. Şah bu ordunun komutanlığını Abbas Mirzaya həvalə etdi. O zaman Fətəli Şah yüksək səslə konuşaraq, onu tac taxtın varisi e´lan etdi. Bunun səbəbi sadəcə Ağa Məhəmməd Xan tərəfindən qoyulmuş Yasaye Qacariyə deyildi. Abbas Mirza öz ləyaqəti və başarıları ilə atasının sevgisini və rəğbətini qazanmışdı. Azərbaycan Qacar dövləti üçün çox əhəmiyyət daşımaqda idi. Azərbaycanda sevimli bir dövlət adamı olan Abbas Mirza ilə hər kəs, o cümlədən Fətəli Şah da hesablaşmaq zorunda idi. O il Abbas Mirza növruz bayramı münasibəti ilə bölgələrdən gələn hədiyələri padşaha sunmaqla görəvlənmişdi. Bu tür törələr və törənlər Doğu ölkələrində batılıların anlaya bilməyəcəkləri qədər önəmlidir. Əah digər oğullarına da Abbas Mirzaya ehtiram göstərməyə əmr etdi. Ancaq Abbas Mirzanı qısqanan bəzi şahzadələr içlərindəki həsədi zorla boğaraq Abbas Mirza qarşısında boyun əyməyə məcbur oldular.
Şah, Abbas Mirzanın rəhbərliyi altında haırlanmış ordunu yoxlayıb və paradını izlərkən, böyük bir sevinc və mutluluq imidə idi. Rus ordusunun şhrəti ilə ilgili duyduğu söz söhbətlər bu ordunu gördükdən sonra artıq onu etkiləmirdi. Özəlliklə ordu komutanı Abbas Mirzanın atasına və ölkəsinə sədaqətlə bağlı olması Şah üçün ayrıca bir sevinc qaynağı idi.
Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca onminlərlə insan Abbas Mirzanı uğurlayır və ona başarılı olması üçün Tanrıdan yardımçı olmasını diləyirdilər. Abbas Mirzanın Azərbaycanda yayğınlaşan sevgisi üzündən bu ordunun tam əksəriyətini Azərbaycanlılar təşkil etmişdi. Abbas Mirza bu dəfə ayrı bir hislə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal etməsi onun quruna toxunmuşdu. Bu Azərbaycana doğru səfərində Abbas Mirzaya 60 min ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzanın ordusu Qəzvinin dərvazəsinə çatdı. Qəzvinin valisi olan şahzadə Məhəmməd Mirza içindəki qısqanclığı gizlədərək Qəzvin əhalisi ilə Abbas Mirzanin istiqbalına vardı. Abbas Mirza Tebrizə həmən çatmaq istədiyi üçün zaman itirmədən Qəzvindən ayrıldı.
Şah ordunun dərhal Arzadan keçib və Ruslara savaş açmasını istəyirdi ve Abbas Mirza da atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Yalnız Abbas Mirza Təbrizdə qısa bir sürə üçün qalmalı idi, çünkü Azərbaycandan onun ordusuna qatılacaq minlərcə insan sıraya düzülmüşdülər. Bu dəfə artıq Abbas Mirza başqaları tərəfindən kontrol edilən yeniyetmə bir gənc deyildiş O , artıq savaşlarda təcrübə qazanmış yetişkin bir sərkərdə idi. Abbas Mirza Təbrizə çatdıqdan sonra bütün səyyahların xatirə kitablarında övülən bu şəhəri gəzməyə, dolaşmağa başladı. Selcuqlar dönəmindan qalan qala divarları Abbas Mirzanın diqqətini cəlb edirdi. Abbas Mirza Təbrizdə hər gün məşvərət şurasını öz çadırında təşkil edir və Arazın o tayından gələn bilgiləri və xəbərləri dəyər-ləndirirdilər. Abbas Mirzanın Təbriz şəhrinə diqqət yetirməsi və şəhərin abadlaşması üçün əmrlər verməsi, özəlliklə tacirləri və bəzirganları sevindirməkdə idi. Hətta Abbas Mirzanın Təbrizə olan bu sevgisini görən bəzi bəziganlar Təbrizin ticarət həyatı haqqında Şahzadəyə bilgilər verir və bir zamanlar Ağ Dəniz bəziganlarının Təbriz bazarında təmsilçiləri olduğunu söyıəyirdilər. Yalnız bütün bunların hamısı Şah Abbas Səfəvi dönəmində yox edilmiş və İsfahana daşınmışdır. Digər tərəfdən zəlzələlər də Təbrizin geri qalmasına səbəb olmuşdur. Bu zəlzələlərin birində Göy Məscidin tağının ortadan dəlindiyini çəkinərək söyləyirdilər. Çəkinərək söyləyirdilər, çünkü Göy Mescid Sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzanın Şiə hissinin qəzəbinə tuş olmaqdan qorxurdu. Lakin Abbas Mirza üçün Şiə-Sünni diyə bir problem heç olmadı və kimsə ondan bu haqda bir ters davranışa tanıq olmadı. Bu səfər zamnı Abbas Mirza Azərbaycanın Bəylərbəyi Əhməd Müqəddəmlə tanış və dost olamğı başardı. Yaşlanmış Bəylərbəyi Qacar dövlətinin qurulmasında əməyi leçmiş və bir neçə savaşa da qatılmışdı. Abbas Mirza Bəylərbəyinin savaş təcrübələrindən və bilgilərindən yararlanmaq istəyirdi. Bəylərbəyi silah kolleksionunu Abbas Mirzaya göstərdi. Kolleksionda gözəl səliqələrlə yapılmış türlü türlü qılınclar və yüngül atəşli silahlar var idi. Bəylərbəyi omrünün sonuna qədər Abbas Mirzaya xidmətdə bulundu.
***
Bahrın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Arazı ziyarət edən Abbas Mirza bu dəfə bir sərkərdə kimi onun sahilində dayanmış və çayı seyr edir, çocuqluğunu xatırlayırdı.
Ordu Xudafərin körpüsünün üstündən Arazın o tayına keçməyə başladı. Ordu Qarabağın Dadabəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas Mirza ordunun öndə gələn isimləri ilə bir yerdə bir durum dəyərləndirməsi yapdı və casusların Rus ordusu ilə ilgili gətirdiyi bilgiləri onlarla paylaşdı.
Jenral Sisyanov bölgədə kiçik xanları bir birinin vanına salır və onları bir birləriylə savaşdıraraq zəif düşürürdü. Sisyanovun ən önəmli hədəflərindən biri müsəlmanlar və xristiyanlar arasında düşmənlik yaratmaq idiş Bu şəkildə Erməniləri və Gürcüləri özünə cəlb edə bilər diyə düşünürdü.
İrəvandan gələn xəbərlər heç də iç açıcı deyildi.Hər kəs heyrət içində idi ki, nədən Şah İrəvanın hakimi Məhəmməd Xanı görəvindən almamışdır. Məhəmməd Xanın Ruslarla bərabər çalişması konusunda Abbas Mirzaya bilgilər gəlirdi. Məhəmmə Xan Rus ordusunun İrəvanın ətrafında yerləşməsinə izn vermişdi.
Gürcü Şahzadələr Aleksandr Mirza və Təhmurəs Mirza Abbas Mirzanı ziyarət etmək üçün Dadabəyliyə getdilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, Lənkəran xanı Surxay Xan, Baki xanı Hüseyn Quli Xan və Talış xanı Mustafa Xan Abbas Mirzaya xoş görü ilə yanaşırdılar. Eyni zamanda Xəzər yanı xanlıqların Gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbilə Gürcü şahzadələr Azərbaycanda rahat dolaşa bilirdilər və can güvənliklərindən nanlıqların orduları sorumlu idi.
Abbas Mirza Gəncə konusunda çox əndişəli idi. Keçən il Ruslar tərəfindən topa tutularaq istilaya uğramış Gəncəni geri alma haqqında düşünüb dururdu. Lakin Gəncəni geri almaq da rahat bir iş deyildi. Abbas Mirzanın casusları Gəncə saxlusunda (ordunun barındığı yer) çoxlu Rus ordusunun və təchizatın olduğu barədə xəbərlər getirirdilər. Bu üzdən də Gəncyə nə şəkildə hücum edəcəyi haqqında ordu kurmayları ilə məsləhətləşir və gələn xəbərləri dəyərləndirirdi.
İrəvan hakimi Məhəmməd Xanın yanliş yönləndirməsi ilə Azərbaycan köçəriləri Osmanlı torpaqlarına köç edir və mal davarlarını Azərbaycandan çıxarıb və Anadoluya sevq edirdilər. Çünkü İrəvan hakimi Məhəmməd Xan şayiə yaymışdı k, Ruslar qalib gələcək və sonra da sizin mal davarlarınızı əlinizdən alacaqlar. Məhəmməd Xanın bu şayiəsinin inandırıcı olması üçün Qars valisi də yardımçı olmuşdur. Çünkü o da bu var dövlətin Anadoluya axışmasından yana idi.
Abbas Mirza, Mehdi Quli Xan Dollunu Qars valisi ilə müzairə üçün görəvləndirib göndərdi. Mehdi Quli Xan Dolluya bu səfərdə 600 silahlı kişi eşlik edirdi. Mehdi Quli Xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna gətirildi. Mehdi Quli Xanla Qars valisi olan Osmanlı paşası Türk dilində danışır anlaşırdılar. Paşa hər iki taraf də müsəlman Tük deuilmiyik diyə sorur və davam edirdi ki: nədən buraxmırsınız buradan ta Ərzuruma qədər uzanan otlaqlıqlardan köçərilər yararlansınlar? Ancaq Mehdi Quli Xanın;“bizim köçəriləri öz torpaqlarınıza çəkmə fəaliyətlərinizdən vaz keçin”uyarısı gəldikdən sonra Osmalnı paşası nəsihət vermə tutumunu dəyişdirmək zorunda qaldı. Osmanlı paşası bir Sünni fanatiyi olduğu üçün Şiələrə xoş görü ilə baxmırdı.
Mehdi Quli Xan bir çox köçəriləri Azərbaycana geri gətirmək üçün Qars valisi ilə anlaşdılar. Mehdi Qulixan Dollunun bir çox köçərilərlə bərabər Azərbaycana döndüyü zamanda Sisyanov öz güclü və disiplinli ordusu ilə İrəvana dğru hərəkət etməyə başlamışdı. Sürüləri Azərbaycan gətirən Mehdi Quli Xan özünü sürətlə Rus ordusu ilə isti savaşa başlamış Abbas Mirzaya çatdırmağa çalışırdı.
Bu savaş çox amansız bir savaşa dönüşdü və yalnız hər iki tərəfin yorğun dşmələri ilə durduruldu. Sisyanov Üçkilisə ya doğru geri çekilmək zorunda qaldı. Ancaq Sisyanovu ordusunu geri çəkərkən daima Abbas Mirzanın partizanları tərəfindən hücümlara məruz qaldı. Abbas Mirza müntəzəm svaşçıların yanı sıra Qarabağ və Qafqaz meşələrində və dağlarında savaşmaq üçün partizan qrupları da yetişdirmişdi. Partizanlarının hücumlarının yanı sıra Şahzadə Abbas Mirza öz ordusu ilə də Sisyanovu təqib etməyə başladı. Şahzadənin bu təqibdən hədəfi bu idi ki, Sisyanovun toparlanmasına imkan verməsin və Təbrizdən gəlməkdə olan ordu da ona qatılsin ki, Sisyanova son zərbəni endirib və sonra da Gəncənin fəthi üçün səfərbər olsun. Ancaq Abbas Mirza İrəvan hakimi Məhəmməd anın ihanətindən qorxduğu üçün ordunun bir bölümün ona nəzarət etməsi üçün İrəvanda qalmasına əmr verdi. Bu üzdən də yaşlı Mirza Şəfi və Bəylərbəyi Əhməd Müqəddəmin İrəvanda qalmalarını istədi.
Üçkilisənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzanın cəbhənin ən sıralarında qəhrəmanca savaşması Azərbaycan Ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan Ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xacavənd süvarilər bu savaşda elə bir qəhrəmanlıq göstərdilər ki, bütün ölkədə dildən dilə düşdü. Abbas Mirzanın ordusunun ölümdən qorxmamasını görən Rus ordusu qorxmağa başlamış və ruh düşgünlüyünə uğramağa başlamışdı. Sisyanov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçücü gün Rus ordusunun topxanasını susdurmağı başardı. Üçüncü gün üç qismə ayrılmış Rus ordusunun bir biri ilə olan irtibatları kəsildi. Yalnız süvarilərin hücumu hesabına Rus topları atəşinin susdurulduğu nəzərə alındığında Abbas Mirzanın nə qədər doğru taktika izlədiyi bəlli olur. Bu qələbə o qədər Azərbaycanda heysiyət yaratdı ki, hətta İrəvan hakimi Məhəmməd Xanı umutsuzluğa mübtəla etdi. İrəvan hakimi bu dəfə haqqında yaranmış şübhələri ortadan qaldırmağa çalışdı. Bu zəfər münasibəti ilə Abbas mirzaya çatması üçün Mirza Şəfiyə hədiyələr gətirdi. Rus ordusu ilə irtibatı kəsilməyə başlayan Məhəmməd Xan bu dəfə Abbas Mirzaya yaxınlaşmağa başlamışdı. Abbas Mirza isə onu cəzalandırmaq fikrində deyildi. Çünkü belə bir işə girişsə idi bölgədə iç savaş çıxardı və Sisyanov isə bundan yararlana bilərdi. Ancaq İrəvan hakiminin bu tərz davranışından isfifadə edən Abbas Mirza ordunu İrəvanın yaxınlığında Qarabulağa yerləşdirməyə başladı. İrəvan hakimi Abbas Mirzanın bu hərəkətindən narahat olsa da, ancaq edə biləcəyi bir önləm yox idi. İrəvan tam Abbas Mirzanın ordusunun mühasirəsinə keçdi. Bu sırada partizan savaşları hər iki tərəfdə davam edirdi. Bu əməliyat sırasında Gürcü şahzadələr Aleksandr və Təhmurəs Abbas Mirzaya yardım etdilər.
Bu savaş zamanı Abbas Mirza acı bir gerçəyi dərk etməyə başlamışdı. Abbas Mirza his edirdi ki, artıq bu biçim savaşların zamanı keçmiş və onun ordusunda böyük teknologiya əksikliyi var. Abbas Mirza teknoloji svaş haqqında öz bilisizliyini də his edərək çox əndişələnməyə başlamışdı. Sonraki savaşlar da rahatca qələbə əldə edə bilməyəcəyi barədə əndişələnirdi. Abbas Mirzanın ordusu modern hərbə imkanlardan məhrum idi, bu da Abbas Mirzanın dərin rahatsızlığına səbəb olurdu. Bu qüsuru Abbas Mirza nece ortadan qaldıra bilərdi? Qərblə münsibətə girməkdən başqa ikinci alternativ var mi diyə düşünürdü? İlk dəfə rastlandığı və qalib olduğu savaş Abbas Mirzanın bütün düşüncəsini dəyişdirmişdi. O, öz ordusunu yeni silahlarla təchiz etməyi düşünürdü. Ariq klasik türdə hərb zamanının bitdiyini bu savaşda anladı. Sisyanovun savaş taktikasını bəyənir və onun silah baxımından üstün olduğunu görürdü. Abbas Mirza his edirdi ki, yeni savaş tekniyi və taktikası haqqında heç bir bilgiyə sahib deyil.
1804-cü ilin yayında fətəli Şah Sultaniyə ovalığında oturaq salmışdı.

0 Comments:

Post a Comment

<< Home