Sultan Ehmed Şah Qacar

"مقصد از خلع احمدشاه نه اينكه تبديل اصول اداره نظامى به جمهوريت بود. نه٫ نه بالله- بلكه تعويض طائفه قولدورآساى قاجاريان تركى به سلاله طاهره نجيب پهلوى فارسى بود."

Monday, May 22, 2006


Qacarların devrilməsi Səttarxan'ın siyasətsiz və yersiz inadkarlığının nəticəsi idi.

قاجارلارين دئوريلمه سي ستتارخان´ين سيياستسيز و يئرسيز عينادكارليغينين نتيجه سي ايدي


Səməd Niknam

Burası Azərbaycan'dır, Nə İran'ın başı, nə də ayağıdır

İran İslam Cumhurisinin rəsmi orqani ”İran” qəzeti 1385-ci il ordibeheşt ayinin 22-si 3469-cü sayında Turk millətinə qarşı təhqirlərə yol vermişdir. Qəzetin təhqiredici ifadələri fars millətçilərinin Riza şah dövründən başlanmış antitürk təbliğatının davamıdır. Pəhləvilər və İslam Cümhurisi dövründə fasların yürütdüyü şoven siyasəti axır ki, onları adını çəkdikləri zibilliyə aparacaqdır. Mən fars “yazarlarının” işlətdiyi ifadələri təkrar etmək istəməzdim. Lakin bunu deməliyəm ki, hər kəs özünə layıq obyektdə axtarış aparar. İslam dövlətinin rəsmi qəzetinin yazarları sözsüz ki, islam dövlətinin və fars millətinin rəsmi təmsilçiləridirlər. Fars dilində yazan “islam dövlətinin” təmsilçiləri özlərinə layiq obyekt seçmişlər.

Bu olay azərbaycanlıların kütləvi etirazına nədən oldu. Adı çəkilən qəzet növbəti sayında Azərbaycanı İranın başı adlandırıb. Fars bəradərlərimiz düz deyir. Biz özümüzə yox başqasına baş olmuşuq. Bəsdir bu qədər baş ayaq olduq.

Məmmədəli şah hələ Təbrizdə vəliəhd olarkən Səttarxanın böyük qardaşı Məşədi İsmayılxan ölüm cəzasına məhkum olmuşdu. Səttarxanın atası öləndə vəsiyyət etmişdi ki, ” Səttar gərək İsmayılın qanını qacarlardan alsın”. Səttarxanin Məmmədəli şahin devrilməsində göstərdiyi təkid bu qan düşmənliyindən irəli gəlirdi.

Məşrutə hərəkatı dövrü Azərbaycan Fədailərinə başçılıq etmiş Səttarxan siyasətçi deyildi, lakin böyük sərkərdə idi. Səttarxan Məşrutə nədir bilmirdi Bütünluklə, o siyasi plan və proqramdan uzaq adam idi.

O eyni zamanda nəyin bahasına olursa olsun Məmmədəli şahı taxtdan salmaqi hədəfə almışdı.

O vaxt Səttarxanın yersiz inadkarlığını görən Azərbaycanın siyasət adamları, o sıradan Əbdülrəhim Təbrizi Talıbov dəfələrlə xəbərdarlıq etmişdi ki, ”çox tünd getməyin, iş belə getsə ip də gedər it də”.

Bu və bu kimi məsləhətli sözləri heç kim Səttarxana başa sala bilmədi. Səttarxan ” kor atı minib köndələn çapdı. Tehranı fəth etmədi, üstəlik Təbriz də əldən çıxdı. Azərbaycanın hökmü, sözü, siyasəti deyil sadəcə quru adı qaldı.

Sözsüz ki, böyük sərkərdə Səttarxan Məşrutə ugrunda döyüşmüşdür. Lakin etiraf etməliyik ki, o dövr ciddi səhvə yol verilib. Qacarların devrilməsi Səttarxanın siyasətsiz və yersiz inadkarlığının nəticəsi idi.
Məşrutəni Azərbaycana və İrana Səttarxan və başqa hərəkatçılar gətirmədi. Məşrutə Müzəffərəddin şahın mülukanə hədiyyəsi idi. Müzəffərəddin şah Avropa səfərləri zamanı belə nəticəyə gəlmişdi ki, ölkə modernləşməlidi. Uzun uzadı mübahisələrdən sonra inkişafın yolunu ana yasanın yazılmasında görmüşlər. Müzəffərəddin şah ana yasanı imzaladıqdan sonra ölkənin aydın fikirli adamlarına, o sıradan Eynəddovləyə deyirdi ki, sizin borcunuz mənim mütləq hakimiyyətimlə mübarizə etməkdi. Onun məqsədi yenicə ana yasa əldə etmiş mütləq monarxiya üsul idarəsinə qarşı demokratik alternativ yaratmaq idi. Lakin yazıqlar olsun ki, bu arzu mollaların və özünü məşrutəçi adlandıran doçuların qəzəbinə tuş gəldi.

Haşiyə !

1988-ci il Azərbaycan Sovet Sosialist Respublikasında noyabr, dekabr ayları idi. İndi Azərbaycan Respublikasının tarixində “ Dirçəliş günü “ kimi qeyd olunan 17 noyabrda başlanmış mitinqlər dalğası güclənirdi. Mən həmin illər Tibb Universitəsinin tələbəsi idim. İnstitutdan bir başa mitinqin keçirildiyi Azadlıq meydanına gedirdik. Bir gün bizim latın dili müəllimi qocaman ustad, Çar hökumətini görmüş, Müsavat dövrünü yaşamış, 37-ci illəri çox çətinliklə başdan sovmuş Məmmədəli Məmmədəliyev məni kabinetinə çağırdı və dedi :” Eşitmişəm günün meydanda keçir, getmə ora. O meydan, o mitinq, o rəhbərlər Azərbaycanı uçuruma aparacaq. Onlardan millətə rəhbər olmaz. O nədir? Orta məktəbi bitirməmiş birisindən millətə rəhbər olmaz. Hərə ağzına gələni deyir. Elə rəhbərlik olmaz. Millətin ağıllı və siyasətçi rəhbəri olmalıdır. Bax Baltikyanı ölkələrə. Millət elə olar”. Məmmədəli müəllim sözünə davam edərək dedi :” Mən dünən meydanda idim. Hər şeyə fikir verdim. İş belə getsə bizi fəlakət gözləyir .”

Məmmədəli müəllim düz deyirdi. Azərbaycanın fəlakəti, yəni ardıcıl dövlət çevrilişi və torpaqlarının 20 faizdən çoxunun itirilməsi məhz o mitinqlərdə millətə sırınan Elçibəy və Nemət kimi rəhbərlərin səriştəsizliyindən başlandı.

Nemət də, Elçibəy də Azərbaycan uçun çalışırdı, amma bacarmırdılar. Onların fikrinə qarşı çıxanları da, təhqir edərək meydandan çıxarırdılar. Hətta dəlixanaya saldırmaq istəyirdilər. Bütün bunlara baxmayaraq məncə hər ikisinə qoşa heykəl qoyulmalıdır.

Millət parçalandığı üçün tarixi hadisələri təkrar yaşayır. Güney Azərbaycan bu olayı Səttarxanın rəhbərlik etdiyi Məşrutə dövründə yaşamışdır.

Həmən dövr yol verilmiş səhvlərə baxmayaraq, Səttarxana da heykəl qoyulmalıdır və ona qarşı döyüşən Səmədxana və Məmmədəli şaha da.

Səttarxanın heç bir siyasi ,iqtisadi və ictimai islahat proqramı yox idi.
Müzəffərəddin şahin tapşırığı ilə yazılmış ana yasanı heç üzündən belə oxuya bilmirdi. Bəs Səttarxan ilə Qacarların davası nədən ibarət idi ?.

Davanın mahiyyəti milli ola bilməzdi, çünki hakimiyyətdə nə fars şovinizmi nə də ziddi türk və ziddi Azərbaycan qüvvələr yox idi. Əgər dava milli dava idisə onda Səttarxanın və bütövlükdə məşrutəçilərin milli proqramından xəbəri olan varmı ?. Diqqət edin, məşrutəçilər ingilis səfirliyinə sığınırdılar və ingilislər qacarlara qarşı, məşrutəçiləri dəstəkləyirdilər. Bu gediş Qacarların devrilməsi ilə yekunlaşdı.

O vaxtdan bu günə qədər farsların azərbaycanlılara qarşı yazdığı təhqirləri, söyüş və töhmətləri toplasaq bir neçə cild kitab olar. Fars millətçiləri bütün dediklərində haqsızlığa və nanəcibliyə yol versələr də, bir sözləri düzdür. O söz Azərbaycan , Azərbaycanın yox, məhz “ İranın başıdır “ ifadəsidir. Ona görə ki, azərbaycanlılar tarixin qaranlıqdan işığa doğru dönənində, XX əsrin əvvəllərində Azərbaycan üçün deyil, bəlkə İran üçün işləmişlər.

Məmmədəli şah deyildiyi qədərdə mürtəce deyildi. Mərdi qova-qova namərd etmişlər.
“ Məşrutəçilər” Məmmədəli şahı taxtdan yendirdi yerinə Riza Palanduzu və Qəvamussəltənətləri gətirdilər. Qəvam, onun hakimiyyətə gəlməsinə imkan və şərait yaratdığına görə hamıdan öncə Səttarxana “ təşəkkür ” etmişdir. Bu haqda Səttarxan belə demişdir :” Atabəylər parkında yaralanandan sonra xəstəxanada idim. Qəvam yanıma gəldi. Xoş-beş on beş danışdı. Gedərkən əyildi qulağıma dedi :” Ağaye Səttarxan elə bilirdin ki, məndə sənin üçün Məmmədəli şaham”. Səttarxan əlavə edir ki, “ömrümdə bundan ağır söz eşitməmişdim”. (Zeynalabdin Qiyami “Qəvamussəltənənin cinayət tarixçəsi”. 21 Azər jurnalı 1-ci say).

Yəqin ki, Səttarxan bu sözdən sonra hansı siyasi səhvlər etdiyini və Qacarlarla haqsız davrandığının fərqinə varmamış olmaz. Amma artıq gec idi. Fürsət əldən getmişdi. Elə Qəvamussəltənə də bunu yəqin edərək bu sözü demişdir. Yoxsa o çay gəlməmiş çırmananlardan deyildi.

Qəvamları və Riza şahı hakimiyyətə gətirəndə İranın başı olduq. Azərbaycan Milli Dövləti dönənində “ qanqrenaya “ çevrildik. İndi İranın nə başı nədə “qanqrenası” olmaq istəmirik. Öz vətənimizin qulluqçusu olsaq yetər.
O vətənin adı Azərbaycandır.

Səməd Niknam

2006-05-20

1 Comments:

  • At 2:34 AM, Blogger nizami said…

    diqqetle yazdiqlarinizi oxudum...Bele maraqli informasiyaya gore minnetdarligimi bildirirem ve memuniyyetle diger yazilarinizi da oxuyardim.

     

Post a Comment

<< Home